Vüqar Səfərli ilə birgə ittiham olunan şirkət rəhbəri hökmdən narazıdır


Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli ilə birgə ittiham olunan “Portos” MMC-nin rəhbəri Nadir Məmmədovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib.
N.Məmmədov barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli 10 il 6 ay və N.Məmmədov isə 6 il müddətinə azadlıqdan məhrum edilib.

DİGƏR XƏBƏRLƏR

Top