Azərbaycan bayrağı ilə avtomobil silən şəxs saxlanıldı - YENİLƏNİB + VİDEO

"Sumqayıtda bayraqla avtomobil təmizləyən şəxs saxlanılıb".

Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb

"Bu gün sosial şəbəkələrdə yaşlı bir kişinin bayraqla avtomobil təmizləməsinin videosu yayılmışdı. Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat texniki tədbirlərlə həmin şəxsin Sumqayıt şəhər sakini 72 yaşlı Soltan Mehdiyev olması müəyyən edilib. Sumqayıt Şəhər Polis İdarəsinə dəvət olunan S.Mehdiyev izahatında taksi fəaliyyəti ilə məşğul olduğunu bildirib. O qeyd edib ki, avtomobilində təmizlik üçün bir neçə parça olub, lakin həmin vaxt səhv salaraq həmin parçalardan deyil, bayraqdan istifadə edib.

S.Mehdiyev etdiyi bu hərəkəti qınayan hər bir kəsdən üzr istəyib və peşman olduğunu söyləyib", - DİN rəsmisi bildirib.


***14:26
Daxili İşlər Nazirliyi Azərbaycan bayrağı ilə maşın silən şəxslə bağlı açıqlama yayıb. 
Yeniavaz.com
-un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, məsələ ilə bağlı araşdırma başlayıb.

***14:04
Taksi sürücüsünün Azərbaycan bayrağı ilə avtomobilini silməsinin görüntüləri yayılıb.
Yeniavaz.com
xəbər verir ki, kadrları patrul.az saytı yayıb. Kadrlarda orta yaşlı kişinin əlindəki bayraqla avtomobilinin üzərindəki tozu və avtomobilin dövlət nişanını silməyi yer alıb.
Videonun paytaxt Bakıda çəkildiyi ehtimal edilir. Lakin videonun nə zaman və tam olaraq harda çəkilməsi ilə bağlı məlumat yoxdur.
Həmin kadrları təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top