Paşinyan Putinlə telefonda danışıb


Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə rəsmi Kreml məlumat yayıb.
Bildirilir ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına sədrliyi nəzərə alınaraq, Qazaxıstanda KTMT-nin sülhməramlı əməliyyatının gedişi ilə bağlı fikir mübadiləsi aparılıb. Sülhməramlı kontingentin respublikada vəziyyətin normallaşmasına töhfə verən səmərəli əlaqələndirilmiş fəaliyyəti qeyd edilib.
Dağlıq Qarabağ ətrafında mövcud vəziyyət və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 9 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlarında əksini tapmış sazişlərin icrasının bəzi detalları müzakirə edilib.
Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb.

DİGƏR XƏBƏRLƏR

Top