Aİ-dən sərhəddəki erməni təxribatı ilə bağlı AÇIQLAMA


“Azərbaycan-Ermənistan sərhədində insidentlərin və itkilərin yenidən baş verməsi ilə bağlı xəbərlərdən dərin narahatlıq keçiririk”.
Yeniavaz.com
xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar tvitter hesabında yazıb.
“Tərəflər üçün gərginliyin azaldılması və mövcud mexanizmlərdən, xüsusən də 2021-ci ilin noyabrında Aİ-nin himayəsi altında yaradılmış Müdafiə Nazirlikləri arasında qaynar xətdən tam istifadə edilməsi vacibdir” -, deyə Klaar bildirib.
Nümayəndə həmçinin sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinə də toxunub:
“Aİ qüvvələrin uzaqlaşdırılması üçün tərəflərlə işləməyə hazırdır və sərhədlərin delimitasiyası və demarkasiyası ilə işləməkdə əlavə dəstək verməyə hazır olduğumuzu bir daha bəyan edirik”.

DİGƏR XƏBƏRLƏR

Top