Ağalarovlar Kardaşyanın keçmiş əri ilə əməkdaşlıq edəcəklər? - YENİLƏNİB


Kanye Vestin ictimaiyyətlə əlaqələr üzrə sözçüsü Pyer Rujye bu məlumatı təkzib edib: “Tamamilə uydurmadır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Rolling Stone” nəşri məlumat yayıb.
“Bu, bu rus xalqının uydurması və ya arzuladığı düşüncədir” -, deyə Rujye jurnala bildirib.
Reperin dostlarından biri Əmir Sudan “Rolling Stone”a açıqlamasında xəbərin doğru olduğunu deyib:
“Oraya rusiyalı milyarder Araz Ağalarovun dəvəti ilə gedirlər. Reper “Lujniki”də çıxış etməyi, həmçinin Ağalarovun oğlu müğənni Eminlə işləməyi planlaşdırır”.

***11:34
Dünyaca məşhur reper Kanye Vest öz musiqi biznesini Rusiyaya da aparmaq istəyir. Onun Rusiyada azərbaycanlı iş adamı və musiqiçi Emin Ağalarov və atası milyarder Araz Ağalarovla əməkdaşlıq edəcəyi bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Billboard” nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, Vest Ağalarovlarla yeni iş sövdələşmələri üzərində işləyir və bu müzakirələrin təfərrüatları açıqlanmasa da, sövdələşmənin onun sərvətini 10 milyard dollardan çox artıracağı proqnozlaşdırılır.
Qeyd edək ki, Kanye Vest 2014-2021-ci illər aralığında erməni əsilli ABŞ foto modeli, sahibkar, dizayner Kim Kardaşyanla evli olub.

DİGƏR XƏBƏRLƏR

Top