Bakıda oğurlanmış 2 yaşlı uşağı bu evdə gizlədiblər - VİDEO


Sabunçu qəsəbəsindən uşağı oğurlayaraq Kürdəxanı qəsəbəsində kirayədə qaldıqları evdə gizlədiblər.
Yeniavaz.com
"Xəzər Xəbər"ə istinadən xəbər verir ki, 12 gün əvvəl Bakıda Gültəkin Muradova və onun qeyri-rəsmi yaşadığı Şamil Əliyev Şıxəliyevlər ailəsinin 2 yaşında oğlunu oğurlamazdan əvvəl plan qurublar.
Şamil Əliyev əvvəlcə uzaq bir qəsəbənin dalanında yerləşən bir ev kirayə tutub.
Uşağı oğurlamaqda şübhəli bilinərək saxlanılan şəxslərə mənizili kirayə verən Dadaşbala Abdulmanafov qardaşı Şirinbala Abdulmanafov bildirib ki, qardaşı evi Şamil Əliyevə aylığı 150 manata verib.
Ev sahibinin qardaşı Şirinbala Abdulmanafovun iştrakı ilə uşağın saxlanıldığı evdən görüntüləri təqdim edirik:

Gültəkin Muradova və onun qeyri-rəsmi yaşadığı Şamil Əliyevin uşağı hansı məqsədlə oğurlamaları hələ ki, bilinmir. Bu hal istintaqla araşdırılır.
Xatırladaq ki, uşağı oğurlamaqda şübhəli bilinən Şamil Əliyev və uşağın atası Elgün Nəsirov saxlanılaraq istintaqa cəlb ediliblər. Gültəkin Muradova barəsində isə məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Üç aydan sonra, yəni istinaqın yekununda bu cinayətdə təqsirli bilinən şəxslərin işinə baxılması üçün toplanan material Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

DİGƏR XƏBƏRLƏR

Top