Nazarbayevin qızı parlamentin iclasında iştirak etmədi - SƏBƏB


Qazaxıstan parlamenti məclisinin (aşağı palatası) deputatı, respublikanın eks-prezident Mursultan Nazarbayevin böyük qızı Dariqa Nazarbayeva palatanın plenar iclasında iştirak etməyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “RİA Novosti”yə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
“O, iclasda olmayan digər həmkarları kimi xəstəlik məzuniyyətindədir” -, məlumatda deyilir.
Qeyd edək ki, Dariqa Nazarbayeva 2021-ci ilin yanvarından Milli Məclisin İqtisadi İslahat və Regional İnkişaf Komitəsinin üzvüdür. 2020-ci ilin may ayına qədər o, parlament Senatının (yuxarı palata) spikeri olub. Hazırda Nursultan Nazarbayev Fonduna rəhbərlik edir.

DİGƏR XƏBƏRLƏR

Top