Ermənistan tərəfi itkilərini açıqladı


Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində 3 erməni əsgəri həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətindəki təxribat nəticəsində əsgər Vaqan Babayanın (2003-cü il təvəllüdlü) ölüm xəbərini təsdiqləyib.
Ötən gün də Ermənistan iki hərbi qulluqçusunun - sıravi əsgər 2002-ci il təvəllüdlü Artur Mxitaryan və 2002-ci il təvəllüdlü kiçik serjant Rudik Qaribyan həlak olmasını təsdiqləyib. Həmçinin bildirilib ki, iki hərbi qulluqçu yaralıdır, onların həyati təhlükəsi yoxdur.
Qeyd edək ki, ötən gün yerli mətbuatda düşmənin 8 hərbçisinin məhv edildiyi və sərhədinin Kəlbəcər rayonu istiqamətində iki postunun dağıdılması xəbərləri yayılıb.

DİGƏR XƏBƏRLƏR

Top