Məktəbdə ölən şəxs “Azərişığ”ın əməkdaşı imiş - YENİLƏNİB


Hadisə ilə bağlı Ağsu rayon prokurorluğu məlumat yayıb.
Yeniavaz.com prokurorluğun yaydığı məlumata istinadla xəbər verir ki, Ağsu rayon sakini, “Azərişıq” ASC-nin Mərkəzi-Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin Ağsu sahəsində sayğacquraşdırıcı texnik vəzifəsində işləyən 1988-ci il təvəllüdlü Xəyal Şərifovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İstintaq davam edir.

***09:00
Ağsu rayonunda məktəbdə 24 yaşlı şəxsi elektrik cərəyanı vuraraq öldürüb.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, hadisə rayonun 2 saylı tam orta məktəbində qeydə alınıb.
Belə ki, rayonun Qaraqoyunlu kənd sakini, 24 yaşlı Şərifov Xəyal İxtiyar oğlu məktəbdə təmir işləri apararkən ehtiyatsızlıqdan onu elektrik cərəyan vuraraq öldürüb.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsinə aparılıb.
Faktla bağlı araşdırma araşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top