Qazaxıstanda son VƏZİYYƏT


Qazaxıstanda maye qazın qiymətinin qalxması ilə yanvarın 2-dən etibarən başlayan aksiyalar zamanı 10 minə yaxın insan saxlanılıb. 
Yeniavaz.com
Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Verilən məlumata görə, aksiyalar zamanı 16 polis əməkdaşı ölüb, 1300-dən çox hərbçi isə yaralanıb.
Nazirliyinin açıqlamasına görə, ölkədə ölən mülki şəxslərin sayı hələ dəqiqləşdirilməyib. Lakin bəzi mənbələrdə 164 nəfərin öldüyü qeyd olunub.
Bundan əlavə, ölkədə ötən gün, yəni 10 yanvar tarixində milli matəm günü elan edilib. Milli Matəm Günündə bütün dövlət qurumlarında və ölkənin xaricdəki nümayəndəliklərində, xüsusilə Prezident Sarayı Akordada bayraqlar yarıya qədər endirilib.
Digər tərəfdən, bu gün Qazaxıstan Respublikasının prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı qüvvələrinin iki gündən sonra mərhələli şəkildə çıxarılmasına başlanacağını bildirib.
Həmçinin bu gün Qazaxıstan parlamenti Əlixan Smailovu ölkənin yeni Baş naziri təyin edib.
 


 

DİGƏR XƏBƏRLƏR

Top