Bu il Azərbaycana gətiriləcək vaksinlərin sayı açıqlandı


Təsdiq olunmuş müqaviləyə əsasən, 2022-ci ildə Azərbaycana gətiriləcək vaksinlərin sayı açıqlanıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, bu il ölkəyə ümumilikdə 3 280 000 doza vaksinin gətirilməsi nəzərdə tutulub. Qeyd olunub ki, müqavilələrə əsasən, ölkəyə 3 200 000 doza “CoronaVac”, 80 000 doza “Sputnik V” vaksininin gətirilməsi planlaşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top