İlqar Məmmədov Ədalət Vəliyevlə nəyi müzakirə edib?


Bu gün REAL Partiyasının sədri İlqar Məmmədovla Prezident Administrasiyasının Siyasi partiyalarla və  qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev arasında görüş baş tutub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İlqar Məmmədov feysbuk profilində paylaşım edib.
İ. Məmmədov bildirib ki, Ə. Vəliyevlə görüşdə siyasi dialoqun indiyə qədər verdiyi müsbət nəticələr bir daha qeyd edilib:
“Prosesin bundan sonrakı strategiyasına dair geniş söhbət etdik. Əməkdaşlığımızın gələcəkdəki mümkün formalarına və istiqamətlərinə ilkin baxışlarımızı bölüşdük.  Ölkə gündəmində olan bir sıra məsələlərə də toxunduq. O cümlədən, media haqqında qəbul olunmuş yeni qanun, QHT qanunvericiliyə əlavə və dəyişikliklər haqqında REAL partiyasının Milli Məclisə təqdim etdiyi paket, siyasi partiyalar haqqında yeni qanunun qəbulu perspektivləri, əlavə və təkrar parlament seçkilərinin keçirilməsi məsələlərinə də toxunduq”.

DİGƏR XƏBƏRLƏR

Top