Pərviz Həbibovun ölkədən çıxışına qadağa qoyula bilər – TƏFƏRRÜAT


İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti  Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Həbibov Pərviz Ramis oğlu barəsində məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com
xəbər verir ki, məhkəmə iclasının 17 yanvar tarixində Bakı Kommersiya Məhkəməsinin hakimi Emin Əliyevin sədrliyi ilə keçiriləcəyi bildirilir. 
Məlumat üçün bildirək ki, məhkəmə iddiası vergi ödəyicisi olan ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlıdır. 
Qeyd edək ki, barəsində iddia qaldırılan Həbibov Pərviz Ramis oğlu 27 iyul 2020-ci il tarixində dövlət qeydiyyatına alınan "MERİS PROJECT" MMC-nin (VÖEN: 1505142691) direktorudur. 
Hazırda "MERİS PROJECT" MMC-nin dövlət büdcəsinə 118 min 722 manat 94 qəpik vergi borcu var.
Onu da bildirək ki, "MERİS PROJECT" MMC-nin qeydiyyatda olduğu Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev, ev 13, m. 1-də ünvanında 2020-ci ilin iyul ayında aşağdakı şirkətlər də dövlət qeydiyyatına alınıb. 
"Z.F.S İNŞAAT" MMC (VÖEN: 1505143351) 
"AZƏR-İN PROJECT" MMC (VÖEN: 1505142841)
"NS-İNŞAAT" MMC (VÖEN: 1505142971)
"VITES GROUP" MMC (VÖEN: 1505128911)
"REAL-TEXNO SERVİS" MMC (VÖEN: 1505166031)
Qeyd edək ki, Əliyar Əliyev, ev 13, m. 1-də ünvanında qeydə alınan şirkətlərdən biri - "VITES GROUP” MMC dövlət qeydiyyatına alındıqdan cəmi 10-15 gün sonra – 2020-ci ilin avqust ayında Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi tərəfindən keçirilən 189 min 910 manatlıq tenderin qalibi olub və FHN-nə it yemi satıb.




A.  Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top