Rusiya gənc qızı intihardan yayındıran Kənandan danışır - VİDEO


Sosial şəbəkələrdə yanvarın 8-də Rusiyanın Perm şəhərində bir şəxsin qızı intihardan xilas etməsi ilə bağlı videogörüntü yayılıb.
Yeniavaz.com
Rusiya mətbuatına istinadla xəbər verir ki, sözügedən videoda binanın 16-cı mərtəbəsinin eyvanında bir qızın ağladığı və intihara cəhd etməyə çalışdığı görünür. Qızı görən bir kişi isə onunla danışmağa başlayır. Qız bir müddət orada qaldıqdan sonra eyvandan evə daxil olur.
Hadisədən sonra Rusiya mətbuatı qızı xilas edən şəxsin kimliyi ilə maraqlanıblar. Məlum olub ki, həmin şəxs 2007-ci ildən Perm şəhərində yaşayan azərbaycanlı Kənan Ukalayev olub.
Kənan Ukalayev bildirib ki, həmin vaxt o qardaşı ilə gəzintiyə çıxıbmış:
“Gəzintidə olarkən binanın 16-cı mərtəbəsinin eyvanında oturan bir qız gördük. Onunla danışmağa başladım. Videonu isə telefonla qardaşım çəkib. Yaxınlıqdakı küçədə heç kim yox idi. Girişi heç kim açmadı. Düşündük ki, ona heç bir şəkildə kömək edə bilməyəcəyik. Sonra pilləkənin qapısını sındırdım və liftlə onun olduğu mərtəbəyə qalxdım. Məni görüb ağladı və yolun digər tərəfində yaşadığını dedi. Onun adını soruşmağı da unutdum”.
Sosial şəbəkə istifadəçiləri azərbaycanlının bu hərəkətini yüksək qiymətləndiriblər və qeyd ediblər ki, o, qəhrəmancasına davranıb.

DİGƏR XƏBƏRLƏR

Top