Qazaxıstanda deputat və məmurların maaşlarının artırılması 5 il dayandırıldı


Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev hökumət üzvlərinin, deputatların maaşlarının artırılmasına 5 illik moratorium elan edib.
Yeniavaz.com
“RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Tokayev ölkə parlamentində çıxışı zamanı məlumat verib.
“Hökumət üzvlərinin və deputatların maaşlarını qeyd edəcəm... Hesab edirəm ki, yuxarıda göstərilən kateqoriyadan olan dövlət qulluqçularının maaşları kifayət qədər artıqdır, ona görə də hökumət üzvlərinin, rayonların hakimlərinin və müavinlərinin maaşlarının artırılmasına 5 illik moratoriumun elan edilməsini mümkün hesab edirəm” -, deyə prezident çıxışı zamanı bildirib.
Qeyd edək ki, moratorium mülki hüquqda hökumət tərəfindən müəyyən edilmiş öhdəliyin müəyyən müddətə və ya hansısa fövqalədə hadisənin sonuna qədər yerinə yetirilməsinin təxirə salınmasıdır. Müvafiq qərarda Qazaxıstanda sözügedən şəxslərin maaşlarının artırılması 5 il müddətinə dondurulub.

DİGƏR XƏBƏRLƏR

Top