KTMT qüvvələrinin Qazaxıstandan çıxacağı vaxtla bağlı Şoyqu da danışdı


“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) kollektiv sülhməramlı qüvvələri vəziyyət tam sabitləşdikdən sonra Qazaxıstandakı missiyasını başa vuracaq”.
Yeniavaz.com
“interfaks”a istinadla xəbər verir ki, bu sözləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib. O, həmçinin bildirib ki, KTMT sülhməramlı qüvvələri hazırda Qazaxıstan ərazisində mühüm hərbi, dövlət və sosial əhəmiyyətli obyektlərin mühafizəsi üzrə tapşırıqları yerinə yetirir
Qeyd edək ki, bu gün səhər saatlarında Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev KTMT sülhməramlı qüvvələrinin Qazaxıstandakı missiyasının başa çatdığını və sülhməramlıların ölkədən çıxarılmasının iki gündən sonra başlayacağını bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top