Vilayət Eyvazovdan koronavirusdan ölən rəisin yerinə təyinat - ƏMR


Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Yeniavaz.com
oxu.az-a istinadla xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Tural Şahbəndiyev Abşeron Rayon Mühafizə Polis İdarəsinin rəis müavini vəzifəsindən azad olunub.
Nazirin digər əmri ilə o, Gəncə şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin olunub. 
Qeyd edək ki sözü gedən idarənin sabiq rəisi Emin Məmmədov ötən il koronavirus infeksiyasından vəfat etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top