"Qalatasaray"ın 27 yaşlı sabiq futbolçusu qəzada öldü


Türkiyənin "Konyaspor" futbol komandasının oyunçusu Ahmet Çalık yol qəzasında dünyasını dəyişib.

Yeniavaz.com xəbər verir ki, həm də Türkiyə millisinin futbolçusu olan 27 yaşlı Çalık bu gün Ankarada qəza keçirib. Hadisə səhər saat 09:00 radələrində Gölbaşı rayonu Hacılar məhəlləsində baş verib. Qəzada Çalıkın istifadə etdiyi 06 CLK 94 dövlət nömrə nişanlı avtomobil Ankara-Niğde yolunda idarəetmədən çıxaraq dərəyə yuvarlanıb. Hadisə şahidlərinin sözlərinə görə, hadisədən sonra tibb işçiləri və təhlükəsizlik qüvvələri bölgəyə gəlib. Tibb işçiləri tərəfindən Ahmet Çalıkın hadisə yerindəcə dünyasını dəyişdiyi təsdiqlənib.
Qəza ilə bağlı araşdırmalara başladılıb.
Qeyd edək ki, o, Türkiyənin "Gənclerbirliyi" və "Qalatasaray" klublarının da formasını geyinib.

DİGƏR XƏBƏRLƏR

Top