Tokayev Nazarbayevi günahlandırdı


“Nursultan Nazarbayevin sayəsində ölkədə çox gəlirli şirkətlər qrupu və hətta beynəlxalq standartlara görə də zəngin insanlar təbəqəsi yaranıb. Hesab edirəm ki, Qazaxıstan xalqına ehtiram göstərməyin və onlara sistemli və müntəzəm olaraq kömək etməyin vaxtı çatıb”.
Yeniavaz.com
Qazaxıstan mətbuatına istinadla xəbər verir ki, bu sözləri Qazaxıstanın prezidenti Kasım-Jomart Tokayev parlamentdə çıxış edərkən deyib. O, həmçinin ölkədəki sosial-iqtisadi sistemin effektli olmadığını və əsas gəlirlərin Nazarbayevin sayəsində yaranan oliqarx qruplar tərəfindən mənimsənildiyini bildirib.
Bundan əlavə, Tokayev parlamentə həmin şirkətlərin siyahısını tərtib etməyi və ölkənin milli fonduna illik ayırmaların məbləğini onlarla razılaşdırmağı tapşırıb.

DİGƏR XƏBƏRLƏR

Top