Dünyada ilk dəvə hoteli açıldı - Gecəsi 182 manatdır... + VİDEO


Dünyada ilk dəfə Səudiyyə Ərəbistanında dəvə hoteli açılıb.
Yeniavaz.com
The National News”a istinadla xəbər verir ki, hotel altıncı "Kral Əbdüləziz Dəvə Festivalı" zamanı heyvanların saxlanmasına və baxımına xidmət edəcək. 
Səudiyyə Dəvə Klubunun sözçüsü Mohammed Al-Harbinin verdiyi məlumata görə, dəvə hotelində gecələməyin qiyməti 107 dollar (182 azn) təşkil edəcək.
Bundan əlavə, sözügedən hotel ölkənin paytaxtı Ər-Riyadda yerləşir və dəvələr üçün bütün beşulduzlu xidmətləri göstərən 120 otağa malikdir. Həmçinin hoteldə 50-dən çox insan işləyir.
Qeyd edək ki, Fars Körfəzi, ABŞ, Avstraliya, Fransa və Rusiyadan olan dəvə sahibləri və həvəskarlarını bir araya gətirən 40 gün davam edəcək dəvə festivalı dekabrın 1-də paytaxt Ər-Riyadda başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top