Dünyada ilk dəfə donuz ürəyi insana köçürüldü - VİDEO


ABŞ-ın Merilend ştatında 57 yaşlı ürək xəstəsinə son çarə olaraq donuz ürəyi köçürülüb.
Yeniavaz.com
"Guardian"a istinadla xəbər verir ki, həkimlər dünyada bir ilk olaraq, xəstənin həyatını xilas etmək üçün geni dəyişdirilmiş donuz ürəyini insana köçürüblər.
Bildirilir ki, həmin şəxs 57 yaşlı Devid Bennet adlı xəstədir. Həkimlər sözügedən ürək əməliyyatının 7 saat çəkdiyini və xəstənin vəziyyətinin stabil olduğunu bildiriblər.
Merilend Universitetinin tibb mərkəzinin həkimləri bildiriblər ki, əməliyyatın uğurlu olub-olmadığını bilmək hələ tez olsa da, yüksək eksperimental əməliyyatdan üç gün sonra xəstənin vəziyyəti yaxşıdır.
Qeyd edək ki, ABŞ-da bundan əvvəl də ölü insan bədəninə donuz böyrəyi yerləşdirilərək müşahidələr aparılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top