Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtmalı oldu - SƏBƏB


"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2-251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı əlverişsiz hava şəraitinə (güclü duman) görə Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıtmağa qərar verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
Bildirilib ki, təyyarə saat 08:50-də hava limanına enib. Hava şəraiti yaxşılaşdıqdan sonra sərnişinlər Naxçıvana yola düşəcəklər.

DİGƏR XƏBƏRLƏR

Top