Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Enerji və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumunu təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, təsdiqləmə qanunu “Rəsmi qəzet”də dərc olunub.
Qeyd edək ki, sözügedən memorandum 22 dekabr 2021-ci ildə Bakıda imzalanıb.