daha bir qadın zorakılığa məruz qalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadın və Uşaq Sığınacağı məlumat yayıb.
Bildirilib ki, sözügedən qadın 15 yaşında ərə verilib və iki övladı dünyaya gəlib:
“Əri oğurluq və başqa cinayətlərə görə həbs olunub, 13 il cəza alıb. Həbsdən çıxdıqdan sonra qayınanası və əri qadının bütün əşyalarını, qızıllarını əlindən alaraq, evdən qovublar. Barışmaq adı ilə qızın ata evinə gələrək, orada dəfələrlə döyüb. Sual yaranacaq ki, bəs polisə niyə müraciət etməyib?
Qadın polisə müraciət etdikdən sonra kənd axundları, mollalar, qohumlar barışması və ərizəsini geri götürməsi üçün ona təzyiq ediblər.
Qadın ərizəni geri götürdükdən sonra acımasız şəkildə yenidən döyülüb. Hazırda başında yeddi tikiş, qolunda, üzündə yara izləri qalıb”.
Əlavə olunub ki, bu məsələlər artıq ciddi narahatlıq yaradır:
“Biz sığınacaq olaraq dəfələrlə qurumlara müraciət etsək də, ciddi tədbir görülmür. Bu qadın bir müddət sonra məcburən sığınacaqdan çıxmalıdır. Biz indidən SOS siqnalı veririk ki, kifayət qədər sığınacaqda qalan qadınlara təhlükə hələ də davam edir. Xahiş edirik, tədbir görün!”