Baş prokurorluq “Lider TV”nin sabiq əməkdaşını öldürüb doğrayan şəxs barədə açıqlama yaydı


Bakıda arvadını qətlə yetirən şəxsə irəli sürülən maddə ağırlaşdırılıb. 

Bu barədə Yeniavaz.com-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 4-də Xətai rayonu ərazisində Nahidə Həsənovanın qəsdən öldürülməsi faktı ilə bağlı başlanan cinayət işi üzrə təqsirləndirilən şəxs Orxan Alıyevin əməli Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsindən həmin Məcəllənin 120.2.4-cü ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsinə tövsif edilib.

Hazırda istintaq davam edir.

Qeyd edək ki, bu maddə ilə ittiham olunan şəxslər on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

DİGƏR XƏBƏRLƏR

Top