Azərbaycanda koronavirusdan vəfat edən jurnalistlərin sayı AÇIQLANDI


COVID-19 pandemiyası dövründə Azərbaycanda koronavirusdan dünyasını dəyişən jurnalistlərin sayı 16 nəfərə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) illik hesabatında dərc olunub.
Verilən məlumata görə, jurnalistlər arasında yoluxanların sayı 288 nəfərə yaxın olub (2020-ci ildə  117 nəfər olmuşdu ). Bununla da 2020 və 2021-ci illərdə yoluxanların ümumi sayı 405 nəfərə çatıb. COVID-19-a yoluxma səbəbindən həyatını itirən  jurnalistlərin sayı 2021-ci ildə 8 nəfər olub (2020-ci ildə də 8 nəfər olub). Bununla da 2020 və 2021-ci illərdə koronavirusdan həyatını itirən jurnalistlərin ümumi sayı 16 nəfərə çatıb.
 

DİGƏR XƏBƏRLƏR

Top