Tokayev Putinə və Paşinyana təşəkkür etdi


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyanın Prezidenti Vladimir Putinə təşəkkür edib.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclasında çıxışı zaman bu barədə danışıb.
“Rusiya Federasiyasının prezidenti Vladimir Putinə KTMT sülhməramlı kontingentinin Qazaxıstana göndərilməsi məsələsini başa düşdüyünə və operativ şəkildə həll etdiyinə görə xüsusi təşəkkürümü bildirmək istərdim”, - deyə Tokayev bildirib.
O, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyana Qazaxıstana KTMT sülhməramlılarının göndərilməsi barədə lazımi sənədlərin razılaşdırılması üzrə operativ işinə görə təşəkkür edib.

DİGƏR XƏBƏRLƏR

Top