Rusiya ABŞ-ın “yeni SSRİ” iddialarına cavab verdi


Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski ABŞ dövlət katibi Entoni Blinkenin son bəyanatlarını şərh edib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə öz teleqram kanalında yazıb.
“ABŞ hegemonluğunu bərqərar etmək üçün “soyuq müharibə” ritorikasına əl atır, SSRİ-nin bərpası təhlükəsi ilə dünyanı qorxutmağa çalışır, lakin onların yaratdığı miflərə inananların sayı getdikcə azalır” -, deyə Slutski şərhində bildirib.
Slutski bir il əvvəl Vaşinqtonda iştirakçıları ABŞ hakimiyyəti tərəfindən ekstremist kimi tanınan iğtişaşların yatırıldığını xatırladıb:
“Yuqoslaviyanın, İraqın, Liviyanın, Suriyanın işlərinə qarışmamaq, sülh yolu ilə getmək niyə mümkün deyildi? Cavab ikili standartlar və öz hegemonluğunu bərqərar etmək uğrunda mübarizənin davamıdır”.
Qeyd edək ki, bundan əvvəl Blinken “CNN”ə müsahibəsində Rusiyanın geosiyasi baxımdan Sovet İttifaqı dövründə mövcud olan nizamı bərpa etmək istədiyini iddia edib.

DİGƏR XƏBƏRLƏR

Top