Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev Qazaxıstanda baş verən iğtişaşların dövlət çevrilişinə cəhd olduğunu bildirib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə KTMT liderlərinin Bakı vaxtı ilə saat 11:00-da başlayan onlayn sammitində danışıb.
O bildirib ki, Qazaxıstanda iğtişaşlara hazırlıq uzun müddətdir ki, gedirdi.
Tokayev həmçinin qeyd edib ki, Qazaxıstanda hüquq-mühafizə orqanlarının 16 əməkdaşı həlak olub, mülki vətəndaşların sayı dəqiqləşdirilir.
Bundan əlavə, o, Qazaxıstandakı iğtişaşlarda terrorçuların, o cümlədən xarici silahlıların birbaşa iştirakını açıqlayıb.
Tokayev vurğulayıb ki, Qazaxıstan daha sonra dünyaya terror aktının hazırlanmasına dair sübutlar təqdim edəcək.
Onun sözlərinə görə, Qazaxıstanda siyasi tələblər dinlənilib və yerinə yetirilib.
Qazaxıstan lideri qeyd edib ki, KTMT qüvvələrinin gəlişi Almatının terrorçulardan geri alınmasına kömək edib.