Türk Dövlətləri Təşkilatının mənzil-qərargahında bayraqlar endirildi


Qazaxıstanda matəm günü ilə əlaqədar olaraq Türk Dövlətləri Təşkilatının (TDT) Türkiyənin İstanbul şəhərində yerləşən mənzil-qərargahında üzv ölkələrin bayraqları endirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə təşkilatın saytında dərc olunub.
“Qardaş Qazaxıstan xalqı və rəhbərliyi ilə hər zaman həmrəy olan TDT, hadisələrdə həyatını itirənlərə Allahdan rəhmət diləyir, yaralıların tezliklə sağalmasını, ölkənin ən qısa zamanda normal həyatına dönməsini arzu edir”, - məlumatda qeyd olunub.

DİGƏR XƏBƏRLƏR

Top