“Arman Dikiy” aksiyada çıxış edəndə etirazçılara atəş açılıb – VİDEO


Qazaxıstanda etiraz aksiyaları zamanı insanların sıx olduğu yerə atıcı silahlardan atəş açılmasının görüntüləri yayılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “ATR Channel”in jurnalisti Gülsüm Xəlilova öz tvitter hesabında paylaşım edib.
Görüntülərdən kriminal dairələrdə “Arman Dikiy” kimi tanınan avtoritet Arman Cumaqeldiyevin etirazçılar arasında çıxış etdiyi görünür. Onun çıxışı zamanı atəş səsləri eşidilir və insanlar arasında qarışıqlıq düşür.

Qeyd edək ki, “Arman Dikiy” 7 yanvarda Qazaxıstan polisi tərəfindən saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top