Qazaxıstanda saxlanılanların sayı açıqlandı


Qazaxıstandakı iğtişaşlarda bu günə qədər hüquq-mühafizə orqanları tərəfindən saxlanılanların sayı açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qazaxıstan departamentlərinin rəsmi məlumatlarını dərc edən qərargahın teleqram kanalı məlumat yayıb.
“Ölkə üzrə 7939 nəfər saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları Milli Qvardiyanın və xüsusi təyinatlıların hərbçiləri ilə birlikdə Almatıda iki bazarda 207 nəfəri saxlayıblar” -, məlumatda bildirilir.
Qeyd edilir ki, polis oğurlanmış beş avtomobil, oğurlanmış inventar və dörd soyuq silah ələ keçirib.

DİGƏR XƏBƏRLƏR

Top