İlon Maskın anasından Azərbaycan dilinə çevrilən kitabı ilə bağlı paylaşım - FOTOLAR


Ötən gün dünyanın ən varlı insan İlon Maskın anası Mey Mask özünün “Instagram” səhifəsində Azərbaycan dilinə tərcümə edilmiş "Planla yaşayan qadın" kitabının fotolarını paylaşıb. 
Yeniavaz.com
 xəbər verir ki, o, müxtəlif yerli KİV-lərin sosial şəbəkə hesablarında sözügedən kitabla bağlı yer almış paylaşımları öz “Instagram” səhifəsinin hekayə bölməsində paylaşıb.
Həmin paylaşımları təqdim edirik:



Xatırladaq ki, 71 yaşlı Mey Mask Kanada əsilli cənubi afrikalı modeldir. Onun İlon və Kimbal adlı iki oğlu, Toska adlı bir qızı var.

DİGƏR XƏBƏRLƏR

Top