Nyu-Yorkda bina yandı, 19 nəfər öldü - SƏBƏB + VİDEO


ABŞ-ın Nyu-York əyalətində çoxmərtəbəli binada nasaz elektrik qızdırıcısı yanğına səbəb olub və nəticədə 19 nəfər həlak olub.
Yeniavaz.com
“tass”a istinadla xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında Nyu-York şəhərinin yanğınsöndürmə idarəsinin rəhbəri Daniel Niqro bildirib:
"Hər şey nasaz elektrik qızdırıcısı ilə başladı. Bu, yanğına səbəb oldu" .
Yanğınsöndürmə rəisi əlavə edib ki, yanğın ikimərtəbəli mənzildə başlayıb. Orada yaşayan ailənin təxliyyə zamanı qapını arxadan bağlamaması alov və tüstünün sürətlə yayılmasına səbəb olub.
Yanğının söndürülməsinə 200 yanğınsöndürən cəlb edilib. Son məlumatlara görə, 9-u uşaq olmaqla 19 nəfər yanğının qurbanı olub. 60 nəfər isə müxtəlif yanıq xəsarətləri alıb, onların yarısının həyati təhlükəsi var.

DİGƏR XƏBƏRLƏR

Top