Universitet ödəniş etməyən tələbələrin siyahısını götürdü - Məsul şəxslər cəzalandı


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil haqqını ödəməyən tələbələrin siyasının divardan asılması barədə məlumat vermişdik.
Yeniavaz.com
xəbər verir ki, sözügedən problem aradan qaldırılıb və şagirdlərin siyahısı elan lövhəsindən götürülüb.
Bu barədə “Azərbaycan universitetləri” səhifəsinə sözügedən tələbələrdən biri məlumat verib. Bildirilib ki, məsul şəxslər cəzalandırılıb.
Xatırladaq ki, sosial şəbəkələrdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil haqqını ödəməyən tələbələrin siyasının divardan asılması ilə bağlı fotolar yayılmışdı. Fotolarda gizlədilmiş formada tələbələrin ad və soyadları, həmçinin təhsil haqqı borclarının miqdarı qeyd olunnmuşdu. Bu isə sosial şəbəkə istifadəçilərinin etirazlarına səbəb olmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top