“Nargindəki əsgərlərimiz Azərbaycan türkləri sayəsində həyatda qalıblar” - VİDEO


“Sarıqamış şəhidlərini yad etdiyimiz bu mənalı və əhəmiyyətli gündə Qafqaz cəbhəsində əsir düşən mehmetciklərimizə Nargin adasındakı əsirlikləri zaman yardım əli uzadan azərbaycanlı qardaşlarımıza da minnətdarıq”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar Sarıqamış əməliyyatında həlak olanların anım mərasimində çıxış edərkən deyib:
“Nargin adasındakı əsir düşərgəsinin ağır rejimində həyat mücidləsi verən “mehmetlər” Azərbaycan türklərinin yardımları sayəsində az da olsa, rahat nəfəs almış, həyatda qalmışlar. Tarixi prosesdə yaşanan fəlakətlərə və çətinliklərə azərbaycanlı qardaşlarımızla necə birlikdə sinə gərdiksə, bundan sonra da “iki dövlət – bir millət” anlayışı ilə bərabər olmağa davam edəcəyik”.

DİGƏR XƏBƏRLƏR

Top