İğtişaşlar zamanı Qazaxıstana nə qədər ziyan dəyib?


Qazaxıstanın ATR kanalında jurnalist olaraq fəaliyyət göstərən Gülsüm Xəlilova öz tvitter hesabında ölkədəki iğtişaşlar zamanı ölkəyə dəyən maddi zərər haqqında paylaşım edib.
Yeniavaz.com
xəbər verir ki, jurnalist ümumi dəymiş ziyanın 212 milyon ABŞ dolları dəyərində olduğunu bildirib.
O həmçinin ölkədə internetin məhdudlaşdırılmasının da 189 milyon dallara başa gəldiyini yazıb.
Jurnalist iğtişaşlarda üçü uşaq olmaqla 164 nəfərin dünyasını dəyişdiyini, 5 min 969 nəfərin saxlanıldığını və 400-ə yaxın müxtəlif tipli avtomobilə xəsarət yetirildiyini qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top