Bakıda fəhlə qadın çörək zavodunda faciəvi şəkildə ölüb - VİDEO


Xəbər verdiyimiz kimi, yanvarın 7-si çörək zavodunda fəhlə işləyən qadın qurğuya düşərək həyatını itirib. 
Yeniavaz.com xəbər verir ki, Mətanət Həsənova zavodun istehsalat sexində xəmir qarışdıran qurğunun alt hissəsini təmizləyərkən həmin qurğunun digər işçi tərəfindən ehtiyatsızlıqdan işə salınması nəticəsində qolu qarışdırıcının arasında qalıb və almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.
Hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. 
Həmin görüntüləri təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top