Peqov sülhməramlıların təyyarəsi ilə Qazaxıstana getdi - VİDEO


“WarGonzo” layihəsinin təsisçisi və rəhbəri Semyon Peqov Qazaxıstana gedib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Peqovun özü "Teleqram" kanalında məlumat yayıb. O, Baykanur kosmodromundan çəkiliş edərək son vəziyyətlə bağlı məlumat verib və buraya sülhməramlı kontingentinin təyyarəsi ilə gəldiyini bildirib.
Xatırladaq ki, müharibə zamanı cəbhədən təxribat xarakterli məlumatlar yayan Semyon Peqovla bağlı Azərbaycanın Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.


 

DİGƏR XƏBƏRLƏR

Top