Qazaxıstanda ölənlərin sayı açıqlandı


İğtişaşlar zamanı Qazaxıstanda ölənlərin sayı açıqlanıb.
Yeniavaz.com
“Xəbər-24” saytına istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Almatı şəhərində 103, Qızılorda vilayətində 21, Cambildə - 10, Almatı bölgəsində isə isə 8 nəfər omaqla, ümumilikdə 164 nəfər dünyasını dəyişib. Almatı şəhərində ölənlərdən ikisi uşaqdır.
Qazaxıstanda baş verən iğtişaşlara görə 2200-dən çox insanın tibbi yardım üçün müraciət etdiyi də vurğulanır.
Qeyd edək ki, ölkədə kütləvi etirazlar 2022-ci il yanvarın 2-də başlayıb. Manqistau vilayətinin Janaozen və Aktau sakinləri maye qazın bahalaşmasına qarşı çıxıblar, sonra etirazlar digər bölgələrə də keçib.

DİGƏR XƏBƏRLƏR

Top