Məşhur qırğız musiqiçi Qazaxıstanda "xaricdən maliyyələşən terrorçu" kimi tutulub - VİDEO


Qırğızıstanlı tanınmış caz ifaçısı Vikram Ruzaxunov Qazaxıstandakı aksiyalar zamanı saxlanılıb və işgəncələrə məruz qalıb.
Yeniavaz.com
Qazaxıstan mətbuatına istinadla xəbr verir ki, yerli telekanallarından birinin efirində Almatıda saxlanılanlardan birinin Qırğızıstandan gəldiyini dediyi süjet nümayiş etdirilib. Sujetdə sözügedən saxlanılmış caz ifaçısı da danışdırılıb. Bildirilib ki, guya bəzi şəxslər yanvarın 1-də Qırğızıstan vətəndaşına zəng edərək 200 dollara aksiyada iştirak etməyi təklif ediblər. Görüntülərdə V. Ruzaxunovun üzündə zorakılq izlərinin olduğu görünür.
Yaxınları bildirirlər ki, o Qazaxıstana konsert üçün getsə də, çıxan hadisələrə görə bu ölkədə qalmalı olub.
Sosial şəbəkələrdə musiqiçinin caz ifaçısı kimi kifayət qədər məşhur olduğu və maddi ehtiyacının olmadığı bildirilib. İstifadəçilər onun bu ifadələri işgəncələrə görə dediyini iddia edib.
Qırğızıstan Xarici İşlər Nazirliyi caz ifaçısının azad edilməsi istiqamətində işlərə başlayıb.

Xatırladaq ki, Qazaxıstan rəsmiləri verdikləri açıqlamalarda aksiyalarda təxribatlar törədənlərin xaricdən maliyyələşən terrorçular olduğunu açıqlamışdılar.

DİGƏR XƏBƏRLƏR

Top