KTMT liderləri Qazaxıstana görə toplanır


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan dövlət başçılarının Qazaxıstandakı vəziyyəti müzakirə etmək üçün onlayn konfransı ilkin olaraq yanvarın 10-na təyin edilib.
Yeniavaz.com
“tass”a istinadla xəbər verir ki, bu barədə Ermənistanın baş naziri, KTMT-nin hazırkı sədri Nikol Paşinyanın mətbuat xidməti məlumat yayıb.
Rusiya prezidenti Vladimir Putin bazar ertəsi, yanvarın 10-da KTMT ölkələrinin liderlərinin videokonfransında iştirak etməyi planlaşdırır. Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

DİGƏR XƏBƏRLƏR

Top