Əməkdar artist Gəncədə dəfn olundu - FOTOLAR


Gəncə şəhərinin “İmamzadə” ziyarətgahında əməkdar artist Novruz Qartalla vida mərasimi keçirilib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, vida mərasimində artistin ailə üzvləri, sənət yoldaşları, şəhər icra hakimiyyətinin nümayəndələri, Gəncə Regional Mədəniyyət İdarəsinin əməkdaşları, Gəncə Dövlət Dram Teatrı kollektivi və şəhər ictimaiyyəti iştirak edib.
Vida mərasimindən sonra əməkdar artist Gəncənin “İmamzadə” ziyarətgahındakı qəbiristanlıqda dəfn olunub.
Qeyd edək Novruz Qartal ötən gün axşam saatlarında uzun sürən xəstəlikdən sonra vəfat edib.


DİGƏR XƏBƏRLƏR

Top