""Azərsu" suyumuzu kəsib, zəng edirik, deyirlər, "bizlik deyil"" - VİDEO


Abşeron rayon sakini Əliyev Anar yaşadıqları ərazidə iki gündür suyun kəsildiyini və bütün aidiyyəti qurumlara zəng etməsinə baxmayaraq problemin aradan qaldırılmadığını iddia edir.
Yeniavaz.com
xəbər verir ki, söhbət rayondakı Novxanı bağları adlanan ərazidə, ikinci dalandan gedir. A. Əliyev iddia edir ki, “Azərsu” ASC-nin əməkdaşları partlamış su borusuna tıxac taxıb gediblər və beləliklə onlara verilən su kəsilib:
“Küçənin başında paylayıcı var. Oradan hər evə su gedir. Yolun ortasından da 7 evə su xətti gedir. “Azərsu” əməkdaşları gəliblər ki, həmin xətt su buraxır. Borunu kəsiblər, ağzına tıxac qoyublar, üstünə də torpaq atıb gediblər. İki gündür qaynar xətt də daxil olmaqla zəng etmədiyimiz yer qalmayıb. Gəlib bu hala əlac edən yoxdur. İstirahət günündə su yoxdur”.

Məsələ ilə bağlı “Azərsu” ASC ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

DİGƏR XƏBƏRLƏR

Top