Bu şəxslərə 300 manat kirayə pulu veriləcək


Sumqayıt şəhəri 4 saylı xəstəxanadakı yanğından zərər çəkən vətəndaşlara maddi yardım olunacaq.
Yeniavaz.com
 İTV-yə istinadən xəbər verir ki, Səhiyyə müəssisəsinin yanğın baş verən birinci mərtəbəsində məskunlaşan məcburi köçkünlər təmir başa çatanadək 300 manat kirayə pulu alacaqlar.
Bunu Qubadlı rayon icra hakimiyyətindən bildiriblər. Qurum eyni zamanda yanğından zərər çəkən ailələrə yataq dəstləri və mebel yardımı ediləcəyi vədini verib.

DİGƏR XƏBƏRLƏR

Top