Qazaxıstanda saxlanılanların sayı açıqlandı


“İğtişaşlar zamanı Qazaxıstan hüquq-mühafizə orqanları 6 minə yaxın insanı saxlayıb, onların çoxu əcnəbidir”.
Yeniavaz.com
“tass”a istinadla xəbər verir ki, bu barədə Prezident Kasım-Jomart Tokayevin mətbuat xidmətindən bildirilib.
"5,8 min nəfər polisə gətirilib, onların arasında xeyli sayda əcnəbi var", - məlumatda deyilir.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qətl, dövlət məmurlarına qarşı zorakılıq, quldurluq, xuliqanlıq və oğurluq faktları ilə bağlı 125 ibtidai araşdırma aparılıb.
Bildirilib ki, hərbi məktəbin polis əməkdaşları və kursantları döyülərək təzyiqlərə məruz qalıb, onlardan xüsusi texnika və geyim forması götürülüb.

DİGƏR XƏBƏRLƏR

Top