"Bütün ərazilərdə vəziyyət sabitləşib" - Qazaxıstan DİN


Qazaxıstanın qarşıdurmalar baş vermiş bütün ərazilərində vəziyyət sabitləşib.
Yeniavaz.com
"tass"a istinadla xəbər verir ki, bunu Qazaxıstanın daxili işlər naziri vəzifəsini icra edən Yerlan Turqumbayev deyib.
"Hazırda ölkədə asayişin bərpası istiqamətində antiterror əməliyyatı davam etdirilir. Bu gün ölkənin bütün rayonlarında vəziyyət sabitləşib. Hüquq-mühafizə orqanları əvvəllər zəbt olunmuş bütün amirliklərin [yerli administrasiyaların] binalarını azad edib. Kommunal obyektlərin və həyati əhəmiyyətli strukturların işi bərpa olunur”, - deyə o bildirib.

DİGƏR XƏBƏRLƏR

Top