Çin alimləri ayda su tapdılar


“Change-5” aparatında Yerə çatdırılan Ay torpaq nümunələrində su aşkar edilib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə şənbə günü “Sinxua” xəbər agentliyi “Science Advances” jurnalında dərc olunan araşdırmanın nəticələrinə istinadən məlumat verib.
Materialda göstərildiyi kimi, alimlər nümunələrin milyonda 120 hissəsinin su ehtiva etdiyini hesablayıblar. Həmçinin qeyd edilir ki, Ay torpağında su böyük ölçüdə günəş küləyinin təsiri ilə meydana çıxıb
Xatırladaq ki, 24 noyabr 2020-ci il tarixində “Change-5” kosmik gəmisini Aya göndərən “Changzheng-5” raket daşıyıcısı Haynan adasındakı “Wenchang” kosmodromundan buraxıldı. Həmin il dekabrın 17-də geri qaytarılan “Çanqe-5” kapsulu ölkənin şimalında yerləşən Daxili Monqolustan Muxtar Bölgəsi ərazisinə uğurla enib, cihaz 1731 qram Ay süxurunun nümunəsini Yerə çatdıra bilib.
Beləcə, Çin son 44 ildə Ayın səthindən geoloji süxurların daşınması missiyasını yerinə yetirən ilk dövlət oldu.

 

DİGƏR XƏBƏRLƏR

Top