Mingəçevir sakini dəm qazından zəhərləndi


Mingəçevir Günəşli bağlar yaşayış massivi, 10-cu küçədə dəm qazından zəhərlənmə baş verib.
Yeniavaz.com
xəbər verir ki, 1964-cü il  təvəllüdlü şəhər sakini Mustafayeva İbadət Məhəmməd qızı yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.
O, təcili xəstəxanaya yerləşdirilib. Durumu ağır olaraq qiymətləndirilir.
Yaxınları onun huşsuz vəziyyətdə 2 saat hamamda köməksiz qaldığını deyiblər.
Esmira Hidayətova, Mingəçevir
 

DİGƏR XƏBƏRLƏR

Top