DİN 2 yaşlı uşağı oğurlamaqda şübhəli bilinən şəxslərin adlarını açıqladı - YENİLƏNİB + FOTO

İki yaşlı körpəni oğurlamaqda şübhəli bilinən Gültəkin Muradova və Şamil Əliyev saxlanılıblar.

Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Qeyd edək ki, ötən il dekabrın 29-da Sabunçu qəsəbəsində oğurlanan iki yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyev Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən bu gün həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində tapılıb.


***19:28
Oğurlanan 2 yaşlı uşaq polis əməkdaşları tərəfindən tapılıb.

DİN Mətbuat Xidmətinin inspektoru, polis mayoru Anar Qafarovun verdiyi Yeniavaz.com-a verdiyi məlumata görə, Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməldaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində 2021-ci il dekabrın 29-da Sabunçu qəsəbəsində oğurlanan 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyev tapılıb. Onu oğurlamaqda şübhəli bilinən Gültəkin Muradova və Şamil Əliyev saxlanılıblar. Araşdırmalar davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top